“AI Horizon” ödənişli yay təcrübə proqramının qəbul prosesini böyük həyəcan və uğurla tamamladıq!
Bu il proqrama göstərdiyiniz maraq və enerji sözün əsl mənasında heyrətamiz idi. Proqrama ümumilikdə 2233 namizəd müraciət etdi və seçim prosesi olduqca gərgin və rəqabətli keçdi. Bu qədər güclü, həvəsli və parlaq gəncin arasından seçim etmək komandamız üçün çətin tapşırıq oldu.
Çoxpilləli dəyərləndirmələrin nəticəsində müxtəlif sahələr üzrə öz bilik və bacarıqları ilə fərqlənən 13 istedadlı gənc komandamıza seçildi.
“AI Horizon” təcrübə proqramına göstərdiyiniz böyük maraq və hər bir mərhələdə nümayiş etdirdiyiniz yüksək səy üçün hər birinizə təşəkkür edirik!
“AI Horizon” ödənişli yay təcrübə proqramının qəbul prosesini böyük həyəcan və uğurla tamamladıq!
OXŞAR POSTLAR



