spot_img
HomeElan və Xəbərlər“İrs Dostu” Könüllü Proqramına Qəbul
spot_img

“İrs Dostu” Könüllü Proqramına Qəbul

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “İrs Dostu” könüllü proqramına qəbul elan edir.

Proqramın məqsədi gənclərin mədəni irsin qorunması və təbliği sahəsində iştirakını təşviq etmək, bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Könüllülər Bakıda və regionlarda yerləşən 140-dan çox müəssisədə mədəni irs obyektlərinin qorunması, maarifləndirmə tədbirləri, tədqiqatlar və təşkilati dəstək işlərində iştirak edəcəklər. Fəaliyyət müddətində onlar üçün xüsusi təlimlər təşkil olunacaq.

Seçim müsahibə əsasında aparılacaq. Namizədlərin mədəni irs sahəsinə marağı, təşəbbüskarlığı, operativliyi, xarici dil bilikləri, ünsiyyət, ofis proqramları və komandada işləmə bacarıqları qiymətləndiriləcək.

Tələblər: 18–35 yaş arası gənclər.

Yekunda proqramı uğurla başa vuran namizədlər sertifikatla təltif olunacaq.

Müraciət üçün: CV volunteer@heritage.gov.az ünvanına göndərin.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar