spot_img
HomeKaryera“Hüquqşünaslıq” ixtisası üzrə müəllim vakansiyası
spot_img

“Hüquqşünaslıq” ixtisası üzrə müəllim vakansiyası

Qarabağ Universiteti 2026-2027-ci tədris ili üçün “Müqavilə hüququ”, “Hüquqi yazı”, “Əmək hüququ”, “Avropa İttifaqı hüququ”, “Vergi hüququ”, “Biznes hüququ”, “Turizm hüququ”, “Əqli mülkiyyət hüququ”, “Beynəlxalq ticarət hüququ”, “Kommersiya hüququ”, “İnzibati hüquq” istiqamətləri üzrə müəllim vakansiyalarına işə qəbul elan edir.

İşin təsviri:

  • Dərs yükünə uyğun fənlərin tədrisi;
  • Fənn sillabuslarının hazırlanması;
  • Elmi-tədqiqatların aparılması və elmi jurnallarda dərc edilməsi;
  • Təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
  • Müvafiq proqram fəaliyyətinə dair təkliflərin hazırlanması;
  • Tədris prosesindən əlavə, fakültənin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak.
    Tələblər:
  • Hüquq sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura təhsili və ya elmi dərəcəyə sahib olmaq üstünlük
    hesab edilir);
  • Ali təhsil müəssisələrində uyğun sahə üzrə elmi-pedaqoji iş təcrübəsi (nüfuzlu ali təhsil müəssisələrinin məzunları
    üçün müvafiq tələb istisna edilə bilər);
  • Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq məcəllələr üzrə dərin biliklərə malik olmaq;
  • Azərbaycan Respublikasının elm və təhsilə aid qanunvericilik aktları barədə məlumatlılıq;
  • Tədqiqat bacarığı;
  • Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
  • İngilis dili üzrə minimum C1 səviyyəsi;
  • Tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından səmərəli istifadə bacarığı;
  • Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
  • Yüksək kommunikasiya bacarığı;
  • Liderlik və idarəetmə bacarıqları.
    Qeyd: Biznes hüququ, Beynəlxalq hüquq, Beynəlxalq xüsusi hüquq, Avropa İttifaqı hüququ, Beynəlxalq ticarət hüququ
    fənlərinin tədrisi üçün ingilis dili biliyi mütləqdir.
    Tələb olunan sənədlər:
  1. CV (ingilis dilində);
  2. Ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
  3. Dərc olunmuş elmiməqalələrin siyahısı(əgərvarsa);
  4. Motivasiya məktubu (maksimum 500 söz).
    Təklif etdiyimiz üstünlüklər:
    Rəqabətədavamlı əməkhaqqı
    Elmi-tədqiqat mühiti
    Xankəndidə mənzillə təminat
    Akademik inkişaf imkanları
    Ekoloji təmiz və yaşıl şəhər

Qeyd 1: Məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Hüquqi yazı istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir.
Qeyd 2: Yalnız seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 20 iyul
Elektron poçt ünvanı: shss@qu.edu.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar