Komandamız üçün kreativ dizayner axtarırıq!
Komandamıza vizual tərəfdə bizə dəstək olacaq, enerjili və kreativ (freshmind) bir dizayn yoldaşı axtarırıq.
Nələr edəcəyik?
• Sosial media hesablarımız üçün maraqlı və fərqli post dizaynları hazırlayacağıq;
• Layihənin vizual dilini birlikdə formalaşdıracağıq.
Bu sənə nə qazandıracaq?
• Peşəkar mentorlar və aktiv gənclərdən ibarət güclü bir network;
• Portfolionu real və sosial faydalı bir layihə ilə zənginləşdirmək imkanı;
• Səmimi və rahat bir komanda mühiti.
Əgər komandamıza qoşulub, bacarıqlarınla gənclərin inkişafına dəstək olmaq istəyirsənsə, CV/portfolionu bizə göndərə və ya birbaşa mesaj yaza bilərsən.
Müraciət üçün son tarix: 21.07.2026
Müraciət üçün: pikmentorship@gmail.com



