spot_img
HomeElan və XəbərlərWFID VII Könüllülük Proqramına müraciət başladı
spot_img

WFID VII Könüllülük Proqramına müraciət başladı

Bakı Prosesi çərçivəsində keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlət başçılarını, nazirlikləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafı naminə bir araya gətirir. Builki Forum 27–29 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.

Bu proqram çərçivəsində siz:
• Beynəlxalq tədbir idarəetməsi sahəsində praktiki təcrübə qazanacaqsınız;
• Mühüm beynəlxalq tədbirin təşkilində komandamızla yaxından çalışacaqsınız;
• Dünyanın müxtəlif ölkələrindən olan dövlət və təşkilat nümayəndələri ilə əlaqə quracaqsınız;
• İştirak barədə rəsmi sertifikat əldə edəcəksiniz.

Kimlər müraciət edə bilər?
• 18–29 yaş aralığında olan, yüksək motivasiyalı gənclər;
• İngilis dilini yaxşı səviyyədə bilən namizədlər;
• Əvvəlki könüllülük təcrübəsinə malik şəxslər.

Müraciət qaydası: Aşağıda yerləşdirilən link ilə portalda qeydiyyatdan keçin, sonra “Könüllülük” bölməsini seçin və müraciətinizi təqdim edin.

Son müraciət tarixi: 10.08.2026

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar