“SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində təşkil olunan “AI4DOST Sosial Mükafatı” müsabiqəsinə müraciət müddəti 15 gün uzadılıb.
Müsabiqəyə olan yüksək maraq və çoxsaylı müraciətlər nəzərə alınaraq, proses 15 sentyabr 2026-cı il tarixinədək davam edəcək.
Müsabiqənin əsas məqsədi sosial sahədə qabaqcıl təcrübələrin, innovativ həllərin və sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.



