Azərbaycan və Türkiyə gəncləri arasında qardaşlıq, dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, gənclər sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, eləcə də hər iki ölkənin zəngin tarixi-mədəni irsi, milli dəyərləri və ənənələri ilə yaxından tanışlığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Gənclər Mübadiləsi keçiriləcək.
• Ankara • Kayseri • Nevşehir
5-9 oktyabr 2026-cı il
Proqram çərçivəsində iştirakçıları:
• gənclər siyasəti və gənclərlə iş üzrə müzakirələr;
• Azərbaycan və Türkiyə gəncləri arasında təcrübə və fikir mübadiləsi;
• interaktiv sessiyalar və komanda fəaliyyətləri;
• mədəni proqramlar və qarşılıqlı tanışlıq;
• yeni dostluqlar və beynəlxalq əməkdaşlıq imkanları gözləyir.
Kimlər müraciət edə bilər?
Azərbaycan Respublikasının 18-29 yaş arası vətəndaşları, gənclərlə iş, könüllülük, ictimai fəaliyyət və müxtəlif layihələrdə iştirak təcrübəsi olan, beynəlxalq əməkdaşlığa maraq göstərən gənclər müraciət edə bilərlər.
Seçim zamanı namizədlərin motivasiyası, ictimai fəaliyyəti, komanda və kommunikasiya bacarıqları, dünyagörüşü, eləcə də Azərbaycan-Türkiyə gənclər əməkdaşlığına baxışı nəzərə alınacaq.
Son müraciət tarixi: 17 sentyabr 2026-cı il



