Gənclərin innovativ ideyalarını inkişaf etdirmək, startap sahəsində bilik və bacarıqlarını artırmaq, beynəlxalq təcrübə qazanmaq istəyənlər üçün əla fürsət! 💡
7–10 noyabr 2026-cı il tarixlərində Qubada keçiriləcək İnnovasiya və Startap Düşərgəsində iştirakçılar peşəkar mentor və ekspertlərlə işləyəcək, praktiki təlimlərdə və hakatonda iştirak edəcəklər.
Proqramın nəticələrinə əsasən seçiləcək qalib komandalar 2027-ci ildə Polşada keçiriləcək beynəlxalq mübadilə proqramında iştirak imkanı əldə edəcəklər.
İştirak şərtləri:
Yaş: 18–25
Komanda: 4 nəfər
İngilis dili: minimum B2 səviyyəsi
Son müraciət tarixi: 25 oktyabr 2026, saat 23:59.
Bu fürsəti qaçırmayın, komandanızı toplayın və YUNEX-ə qoşulun!



