SOCAR Hackathon 2026 21–22 noyabr 2026-cı il tarixlərində Sabah City-də keçiriləcək!
Hakatonun əsas məqsədi SOCAR-ın innovasiya gündəliyinə uyğun olaraq quyuların məhsuldarlığının intellektual təhlili üçün innovativ texnoloji həllər hazırlamaq və gəncləri yaradıcı, praktik həllərin inkişafına təşviq etməkdir.
Hakatonun əsas mövzusu:
Quyuların iş göstəricilərinin intellektual təhlili (Intelligent Analysis of Well Performance)
İştirak şərtləri:
İştirakçılar maksimum 3 nəfərdən ibarət komandalar şəklində müraciət edə bilərlər.
İlkin seçim mərhələsində komandalar motivasiya məktubları, CV-ləri və texniki bacarıqları əsasında qiymətləndiriləcəklər.
Seçilmiş komandalar SOCAR tərəfindən təqdim edilən real məlumat bazalarından istifadə edərək 48 saat ərzində innovativ texnoloji həllər hazırlayacaqlar.
Mükafat fondu:
I yer – 5 000 AZN
II yer – 3 000 AZN
III yer – 1 500 AZN
Son müraciət tarixi: 9 noyabr 2026-cı il, saat 23:59
Qeydiyyat: https://hackathon.socar.az
Ətraflı məlumat: https://lnkd.in/dCKexJPd
Texnologiya, süni intellekt və data analitikası sahələrinə marağın varsa, bu fürsəti qaçırma!



