Proqramın məqsədi layihədə iştirak edən könüllülərin:
· Vətəndaşlara xidmət sahəsində təcrübə qazanması
· Vətəndaşlarla effektiv ünsiyyət və davranış vərdişlərinin yaranması
· Korporativ iş mühitində praktiki bilik və bacarıqlarının artırılması
· Fərdi və peşəkar inkişafına, həmçinin karyera istiqamətlərinin formalaşmasına dəstək göstərilməsi
Könüllülərin vəzifələri:
· Təhkim olunduğu şöbənin fəaliyyətinə əsasən vətəndaşlara dəstək göstərmək
· Vətəndaş məmnunluğunun qiymətləndirilməsi məqsədilə sorğular həyata keçirmək
Namizədlərə dair tələblər:
· 18–29 yaş arası şəxslər
· Ünsiyyət və komanda ilə işləmə bacarıqlarına malik olmaq
· Məsuliyyətli və intizamlı olmaq
Proqram çərçivəsində:
· Könüllülər fəaliyyətə başlamazdan əvvəl müvafiq təlimlərə cəlb olunacaqlar
· Fəaliyyət müddətində koordinator və tibb müəssisəsi tərəfindən təyin olunmuş məsul şəxs tərəfindən fəaliyyətləri əlaqələndiriləcəkdir
Proqramın müddəti: 2 (iki) ay
Proqramın sonunda:
· Könüllülərə sertifikat təqdim olunacaqdır.
Son müraciət tarixi: 26.11.2026
Ödənişsiz könüllü layihəsinə müraciət üçün: https://lnkd.in/dcVPYNHd



