spot_img
HomeKaryeraAZCON Holding ESG menecer vəzifəsinə vakansiya elan edir. 
spot_img

AZCON Holding ESG menecer vəzifəsinə vakansiya elan edir. 

Vəzifə funksiyaları:

  • Holdinq səviyyəsində Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) strategiyasının, siyasət və prosedurların hazırlanması və icrasının koordinasiyası;
  • Holdinq və qurumlar üzrə ESG idarəetmə mexanizmlərinin formalaşdırılması və tətbiqinə nəzarət;
  • İnvestisiya layihələri, “due diligence” prosesləri və maliyyələşmə sənədləri üçün ESG töhfələrinin təmin edilməsi;
  • İnvestisiya və layihələr üzrə Ətraf Mühit və Sosial Təsir Qiymətləndirilməsi (ƏMTQ / ESIA) proseslərinə metodoloji nəzarətin həyata keçirilməsi;
  • Layihələr üzrə ekoloji və sosial risklərin, təsirlərin və yumşaldıcı tədbirlərin müəyyən edilməsi və monitorinqi;
  • Qurumlar üzrə ekoloji, sosial və idarəetmə göstəricilərinin (ESG) monitorinqi və qiymətləndirilməsi;
  • ESG məlumatlarının toplanması, “KPI”ların formalaşdırılması və konsolidasiya edilmiş hesabatların hazırlanmasının koordinasiyası;
  • Beynəlxalq ESG standartlarının və qabaqcıl təcrübələrin tətbiqinə metodoloji dəstək göstərilməsi.

Əsas tələblər:

  • Ətraf mühit elmləri, mühəndislik, iqtisadiyyat, davamlı inkişaf, biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (bakalavr və ya magistr);
  • ESG, davamlı inkişaf və ya ekoloji-sosial risklərin idarə olunması sahəsində və ya ESG ilə sıx əlaqəli sahələrdə (məsələn, iqtisadi və investisiya təhlili, performans və risk analitikası, layihə idarəetməsi) 5 ildən artıq iş təcrübəsi;
  • ESG çərçivələri, standartları və ya ESG məlumatları ilə işləmə təcrübəsi və ya bu sahələri tez mənimsəyib təcrübədə tətbiq etmək bacarığı;
  • Layihə və ya şirkət səviyyəsində ESG risklərinin, təsirlərinin və performans göstəricilərinin təhlili və idarəetmə qərarlarına inteqrasiyasında iştirak təcrübəsi;
  • Layihələrin idarə olunması və müxtəlif maraqlı tərəflərlə (menecment, investorlar, kreditorlar, məsləhətçilər və s.) koordinasiya üzrə təcrübə;
  • ESG, ESIA/ƏMTQ, risk qiymətləndirilməsi və ya davamlılıq hesabatlarının hazırlanması proseslərində aktiv iştirak təcrübəsi;
  • ESG çərçivələri və hesabat standartları üzrə bilik (GRI, IFC Performance Standards, ESRS, SASB və s.) və təcrübə (illik və ya ESG hesabatlarının hazırlanması);
  • Ətraf mühit və sosial təsir qiymətləndirilməsi (ESIA/ƏMTQ) prosesləri üzrə bilik və təcrübə;
  • Ekoloji və sosial risklərin identifikasiyası, qiymətləndirilməsi və idarə olunması bacarığı;
  • ESG məlumatlarının toplanması, təhlili və “KPI”lar üzrə işləmə bacarığı;
  • ESIA hesabatlarının təhlili, rəy verilməsi və maraqlı tərəflərlə müzakirə edilməsi təcrübəsi üstünlükdür.
  • Təqdimat, koordinasiya və maraqlı tərəflərlə effektiv əməkdaşlıq bacarığı, o cümlədən analitik düşüncə və problem həlletmə qabiliyyəti;
  • Layihə idarəetməsi və prioritetlərin düzgün müəyyən edilməsi, nəticəyönümlü işləmək bacarığı;
  • Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə);
  • ESG, davamlılıq, ESIA, risklərin idarə olunması və ya əlaqəli sahələr üzrə beynəlxalq sertifikatlar və təlimlər üstünlükdür.

Bizimlə əlaqə:

Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi recruitment@azcon.az ünvanına mövzu hissəsində “ESG menecer” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar