İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərində təcrübə qazanmaq, vergi biliklərini artırmaq və əldə olunan təcrübəni təsdiqləyən sertifikat əldə etmək üçün könüllü fəaliyyətə qeydiyyat aparılır.
Təhsil səviyyəsindən asılı olmayaraq 35 yaşadək hər bir şəxs könüllü kimi fəaliyyət göstərə bilər.
Könüllülük fəaliyyətinin müddəti həftə ərzində 5 iş günü ərzində 4 saat olmaqla 2 ay davam edir.



