Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan bu təqaüd proqramı mühəndislik sahəsində təhsil alan bakalavr 3-4, Magistr tələbələri və son 3 ildə məzun olanlar üçün nəzərdən tutulmuşdur.
Proqramın məqsədi: Karyerasına yeni başlamaq istəyənlərə təcrübə proqramlarına və iş müsahibələrinə hazır olmaqda dəstək göstərməkdir.
Proqram çərçivəsində proqrama seçilənlərə 2 ay müddətində ixtisasları üzrə kurs keçiriləcək. Dərslər həftədə 2 dəfə (şənbə günü və bazar günləri) baş tutacaqdır. Kursun sonunda yekun imtahan keçiriləcək, imtahan nəticəsinə əsasən iştirakçılara diplom və sertifikatlar təqdim olunacaqdır.
Proqramın əhatə etdiyi sahələr
- Neft-qaz mühəndisliyi
- Kimya mühəndisliyi (Proses mühəndisliyi)
- Kimya (Laboratoriya)
- Ekologiya mühəndisliyi
- Elektrik və Energetika mühəndisliyi
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Mexatronika və Robototexnika mühəndisliyi)
- Mexanika mühəndisliyi (Maşın mühəndisliyi)
- Geologiya və Geofizika mühəndisliyi
Qəbul 2 mərhələdə aparılacaq:
1) Qeydiyyat prosesi;
2) Qəbul imtahanı (İxtisas üzrə baza bilikləri).
1-ci mərhələ üzrə qeydiyyatdan keçmiş uyğun namizədlər 2-ci mərhələ üzrə qəbul imtahanına dəvət olunacaqlar.
2-ci mərhələdə hər ixtisas üzrə ən çox bal yığmış 20 tələbə proqramda iştirak haqqı qazanacaq.
İmtahan nəticəsinə əsasən hər ixtisas üzrə:
1-ci yer 100% təqaüd,
2,3-cü yerlər 90% təqaüd
4-10-cu yerlər 70% təqaüd
11-20-ci yerlər 50% təqaüd qazanacaqlar
Son qeydiyyat tarixi: 22 oktyabr, 22:00
Qeydiyyatdan keçməyə tələsin!



