spot_img
HomeTəqaüdlərHTP çərçivəsində Çində təhsil almaq istəyənlərin nəzərinə!
spot_img

HTP çərçivəsində Çində təhsil almaq istəyənlərin nəzərinə!

Məlumat üçün bildiririk ki, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində növbəti tədris ilində Çin Xalq Respublikasında (ÇXR) təhsil almaq üçün müraciət edən namizədlərdən tələb olunan əsas sənədlərdən biri namizədin prioritetlik nəzərə alınmaqla seçdiyi üç universitet üzrə əldə etməli olduğu ön qəbul sənədidir (pre-admission notice, proof of admission from tutor).

Beləliklə, 2026/2027-ci tədris ili üzrə HTP çərçivəsində ÇXR-də təhsil almaq niyyətində olan Azərbaycan Respublikası vətəndaşları müvafiq ön qəbul sənədini əldə etmək üçün ÇXR universitetləri ilə (https://campuschina.org/universities/index.html) birbaşa əlaqə saxlamalıdırlar.

Qeyd edək ki, HTP çərçivəsində növbəti tədris ilində ÇXR-də təhsil üçün sənəd qəbulu ilə bağlı elan yaxın günlərdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və HTP-nin rəsmi internet səhifələrində, həmçinin sosial media hesablarında dərc ediləcəkdir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar