Yer: Órgiva, İspaniy
Koordinasiya edən təşkilat: Asociación Semillistas
Göndərən təşkilat: “Sağlam Düşüncə” Gənclər Təşkilatı
Layihə haqqında:
Könüllülər davam edən tədqiqat və bərpa işlərində birbaşa toxum səpmə fəaliyyətində iştirak edəcəklər. Könüllülər həftədə 30–38 saat layihəyə həsr edəcəklər. Fəaliyyətlərə aşağıdakılar daxildir:
- Həftədə 4 səhər reforestrasiya işləri: Sierra Lujar-da toxum səpmək, toxum yığmaq, toxum qoruyucuları tikmək, su yolları yaratmaq və əvvəlki əkilərlə bağlı sağ qalma sayımı aparmaq.
- Həftədə 1 dəfə davamlı həyat tərzi, bərpa, permakultura, dərin ekologiya, layihə dizaynı və digər mövzularda seminar və dərslərdə iştirak.
- Həftədə 3 gün, günortadan sonra özünü (sağlamlıq) qayğı proqramları: yoga, qi gong və s.
- Hər ay könüllülərə bədən baxımı xidməti təqdim olunacaq.
- Könüllülər qrup şəklində yaşamağa öyrədiləcək: qrup görüşləri, həftə planlaması, yemək və təmizlik kimi paylaşılmış məsuliyyətlər, logistika.
Daha çox məlumat: https://www.semillistas.es
Layihə müddəti: 19/01/2026 – 18/03/2026 (ümumilikdə 8 həftə)
Müraciət üçün son tarix: 22/09/2025 00:00
Necə müraciət etmək olar?
Zəhmət olmasa qeydiyyat nömrəsi alın və müraciəti bu link vasitəsilə edin. Daha ətraflı məlumat üçün buraya baxın.
Qeydiyyat nömrəsi necə alınır?
Əgər Avropa Gənclik Portalında hesabınız yoxdursa, qeydiyyat üçün təlimat videolarına buradan baxa bilərsiniz.
Vacib: Müraciətinizi tamamlamaq üçün mütləq bu formu doldurmalısınız.
Xərclər:
Layihənin bütün xərcləri Avropa Həmrəylik Korpusunun (ESC) tərəfindən qarşılanır. İştirak haqqı yoxdur!
Dil: İngilis və İspan
Yerləşmə, yemək və nəqliyyat:
Qida və yaşayış, kiçik gündəlik pul və gedib-gəlmək xərcləri ESC tərəfindən qarşılanır. Könüllülər “yaşıl səyahət” etməyə təşviq olunur. Fəaliyyətlər Orgiva və ətrafında, Sierra Lujar-da baş tutacaq. Orgiva müxtəlif fəaliyyət və mədəniyyət imkanları olan bir şəhərdir. Könüllülər Orgiva Albergue-də paylaşılmış yaşayış yerlərində qalacaqlar. Bütün yeməklər könüllülər tərəfindən növbə ilə bişiriləcək və vegetarian olacaq. Yeməklər birlikdə yeyiləcək. Albergue-dən reforestrasiya sahəsinə nəqliyyat elektrikli velosipedlərlə təmin olunacaq.
Layihə müddətində təlim:
Könüllülər landşaftların bərpası, birbaşa toxum səpmə texnikaları, icma həyatının prinsipləri, mədəniyyətlərarası maarifləndirmə, məsuliyyətli istehlak, ekologiya, permakultura, sağlamlıq, özünə qayğı və bədən baxımı, əsas vegetarian mətbəx bilikləri üzrə təlim alacaqlar. Hər könüllüyə həftədə bir gün mentor təyin olunacaq, onlar öz inkişaf və öyrənmə proseslərini müzakirə edə biləcəklər. Layihə müddətində könüllülər həm İspan, həm də İngilis dilini öyrənmək və praktika etmək imkanı əldə edəcəklər. ESC tərəfindən təmin olunan OLS platforması bu dillərin öyrənilməsini dəstəkləyəcək.
İştirakçı profili:
- İngilis və İspan dillərində əsas səviyyədə bilik arzuolunandır
- Fiziki olaraq motivasiyalı – fəaliyyətlər dağlıq, dik və bitki örtüyü sıx sahələrdə baş tutduğu üçün güc və dözüm tələb edir
- Bərpa, ekoloji davamlılıq, ətraf mühit, sağlam həyat tərzi, şəxsi inkişaf, mədəniyyətlərarası həyat və icma həyatına maraq və motivasiya
- Dialoqa açıqlıq – iştirakçılar, təşkilatlar, mentorlar, kənd mühiti və ev sahibi icma ilə
- Fleksibil olmaq – bəzən hava şəraiti və digər səbəblər planları dəyişdirə bilər
- Komanda işi – qrup dinamikasına qoşulmaq, komanda birliyi və şəxsi inkişaf üçün
- Özünə məsuliyyət və təşəbbüs – məlumat və resurslar təqdim olunur, lakin iştirakçı onu istifadə etməyə öhdəlik daşıyır
- Layihənin bütün fəaliyyətlərinə (təlim, reforestrasiya, görüşlər, hərəkət/yoga, mentorluq və s.) tam qatılmaq
Qısa müddətli ESC layihəsinə qoşulmaq uzunmüddətli layihələrlə uyğun gəlir.
Göndərən təşkilat məlumatları:
- Adı: “Sağlam Düşüncə” Gənclər Təşkilatı
- OID nömrəsi: E10200624
- Şəhər və ölkə: Sumqayıt, Azərbaycan
- Məsul şəxs: Ramiz Əliyev
- E-poçt: evs@csyo-az.org



