Miqrasiya sahəsi, beynəlxalq münasibətlər və dövlət idarəçiliyi istiqamətində biliklərini artırmaq və peşəkar təcrübə qazanmaq istəyirsənsə, bu fürsəti qaçırma!
“Miqrasiya Məktəbi – 9” layihəsi Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Kimlər müraciət edə bilər?
Ali təhsil müəssisələrində:
• bakalavriatın yuxarı kurslarında;
- magistratura səviyyəsində təhsil alan;
- və ya müvafiq ixtisaslar üzrə ali təhsilini yeni başa vurmuş gənclər.
Əhatə olunan ixtisaslardan bəziləri:
Hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, coğrafiyaşünaslıq, jurnalistika, turizm, dövlət idarəçiliyi, sosiologiya və digər əlaqəli ixtisaslar.
Səni nələr gözləyir?
Miqrasiya sahəsində peşəkar biliklər
Müasir miqrasiya meyilləri haqqında məlumat
Miqrasiyanın idarə olunması və hüquqi əsasları üzrə nəzəri və praktiki biliklər
Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrində təcrübə imkanı
İlkin seçimdən keçən namizədlər üçün müsahibə mərhələsi
Müraciət üçün:
CV + qeydiyyat forması
Son müraciət tarixi: 20 oktyabr 2026
E-mail: migrationschool@migration.gov.az
Miqrasiya sahəsində biliklərini inkişaf etdir, real təcrübə qazan və peşəkar çevrəyə qoşul!



