1. Təhsil
• Ali texniki təhsil (kimya mühəndisliyi, maşınqayırma və ya oxşar).
• Sənaye təhlükəsizliyi, ekologiya və ya keyfiyyət üzrə əlavə kurslar və ya sertifikatlar üstünlük olacaq.
2. İş təcrübəsi
• İstehsal müəssisələrində mühəndis kimi iş təcrübəsi (kimya, neft-kimya, neft-qaz və ya əlaqəli sənaye sahələrində təcrübəyə üstünlük verilir) – minimum 3 il.
• Neft məhsulları, kimyəvi reagentlər və texniki mayelərin saxlanması və emalı texnologiyaları haqqında biliklər.
• Nasos, kompressor, çən və digər avadanlıqlar ilə praktiki təcrübə.
• İstehsal proseslərinin monitorinqində praktiki təcrübə.
3. Bilik və bacarıqlar
• Sürtkü yağlarının və antifrizlərin qarışdırılması, qablaşdırılması, saxlanması və keyfiyyətinə nəzarət üçün texnoloji prosesləri başa düşmək.
• Normativ sənədləri bilmək: QOST, TU, İSO, əməyin mühafizəsi qaydaları, sənaye və yanğın təhlükəsizliyi.
• Proses diaqramlarını, layihə sənədlərini oxumaq bacarığı.
• Ms Office proqramlarında işləmə bacarığı.
4. Şəxsi keyfiyyətlər
• Məsuliyyət və dəqiqlik.
• Detallara diqqət, istehsal risklərini təhlil etmək və qarşısını almaq bacarığı.
• Təşəbbüskarlıq, prosesləri optimallaşdırmaq istəyi.
• Komandada işləmək bacarığı, ünsiyyət qurmaq bacarığı.
5. Əlavə olaraq
• Öyrənmək və bacarıqları təkmilləşdirmək istəyi.
• Texniki səviyyədə ingilis və rus dillərini bilmək üstünlük olacaq.
Məkan – Qaradağ r-nu
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
Iş rejimi – 5 günlük
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Mühəndis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını cv.petrochemgr@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.



