13–16 avqust 2026-cı il tarixlərində Çexiyanın paytaxtı Praqada təşkil olunacaq beynəlxalq “Youth Impact Conference 2026“ dünyanın bütün ölkələrindən olan gəncləri dəvət edir.
Konfrans çərçivəsində 30 tam maliyyələşdirilən, 50 qismən maliyyələşdirilən və 50 öz hesabına iştirak yeri ayrılıb. Proqram iştirakçılara beynəlxalq aviabilet dəstəyi, yaşayış, tədbir müddətində qidalanma, rəsmi dəvət məktubu, viza dəstəyi, seminar və müzakirələrdə iştirak, qlobal şəbəkələşmə imkanları, Praqa şəhər turu və sertifikat təqdim edir. Müraciət üçün IELTS sertifikatı tələb olunmur.
Tədbir gənclərin liderlik bacarıqlarının inkişafı, beynəlxalq təcrübə qazanması və qlobal səviyyədə əlaqələr qurması məqsədilə təşkil edilir.



