Tam ödənişsiz təhsil proqramında iştirak etmək fürsətini qaçırma!
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Code Academy” ilə birgə həyata keçirilən 3 dərəcəli “Süni İntellekt əsaslı təhsil proqramı”na qeydiyyat davam edir.
Təhsil istiqamətləri:
I dərəcə – Süni İntellekt savadlılığı
Süni intellekt üzrə baza bilikləri, gündəlik fəaliyyət və təhsildə süni intellekt alətlərindən düzgün istifadə bacarıqları.
II dərəcə – Praktiki İKT bacarıqları
Süni intellekt əsaslı proqramlaşdırma, kibertəhlükəsizlik və data analitikası üzrə praktiki bacarıqlar.
III dərəcə – İxtisaslaşmış təlim proqramları
DevOps, zərərli proqramların təhlili və risklərin idarə edilməsi üzrə ixtisaslaşmış bilik və praktiki bacarıqlar.
Təlim formatı:
Yalnız regionlar üçün nəzərdə tutulan “Süni İntellekt biliyi əsasları” qruplarında təlimlər onlayn keçiriləcək. Digər proqramlarda təlimlər oflayn formatda təşkil olunacaq.
Kimlər müraciət edə bilər?
- I dərəcə “Müəllimlər üçün süni intellekt” proqramı üçün müəllimlik və ya pedaqoji fəaliyyət təcrübəsi tələb olunur.
- II dərəcə İKT, riyaziyyat və mühəndislik ixtisasları üzrə sonuncu kurs tələbələri və məzunlar üçün nəzərdə tutulub.
- III dərəcə üçün müvafiq İKT sahəsində minimum 1 il iş təcrübəsi və ya uyğun peşəkar sertifikat tələb olunur.
Son müraciət tarixi: 11 oktyabr
Yeni dövrün bacarıqlarını qazan, gələcəyin imkanlarına hazır ol!



