Məkan: Târgu Frumos, Rumıniya
Qəbul edən təşkilat: ASOCIATIA SUPER TINERI (ASIRYS)
Göndərən təşkilat: “Common Sense” Gənclər Təşkilatı
Arts Lab 8.0 Rumıniyada keçiriləcək 8 aylıq ESC (Avropa Həmrəylik Korpusu) könüllülük layihəsi üçün gənc rəssam və yaradıcı şəxslər axtarır.
Könüllülər beynəlxalq rəssamlarla birlikdə incəsənət proqramları, festivallar, sərgilər, və icma tədbirlərində iştirak edəcəklər. Layihə müddətində iştirakçılar interaktiv (təcrübəyə əsaslanan) muzeylərin yaradılmasına töhfə verəcək, eyni zamanda öz bədii portfoliolarını inkişaf etdirəcək, icma incəsənəti və qeyri-formal təhsil sahəsində praktiki təcrübə qazanacaqlar.
Maliyyə təminatı:
Layihə ilə bağlı bütün xərclər Avropa Həmrəylik Korpusu (European Solidarity Corps) tərəfindən qarşılanır.
İştirak ödənişi yoxdur.
Yerləşmə, qidalanma və nəqliyyat
Könüllülər Târgu Frumos şəhərində layihənin gənclər mərkəzində yerləşən ortaq otaqlarda qalacaqlar. Aylıq 150 avro qida xərcləri üçün vəsait təqdim olunacaq. Gündəlik 4 avro cib xərcliyi veriləcək. Yaşayış xərcləri qarşılanacaq. Səyahət xərcləri ESC qaydalarına uyğun şəkildə geri ödəniləcək.
Layihə çərçivəsində təlimlər
İştirakçılar:
- Rumın dili dərslərində,
- Yaradıcılıq emalatxanalarında,
- Qeyri-formal təhsil fəaliyyətlərində,
- Rumıniya Milli Agentliyi tərəfindən təşkil olunan təlimlərdə iştirak edəcəklər.
Bundan əlavə, onlar layihə boyunca əvvəlki Arts Lab könüllüləri və təcrübəli rəssamlarla əməkdaşlıq edəcəklər.
Kimlər iştirak edə bilər:
Layihə 18–30 yaş arası, incəsənətə həqiqi maraq göstərən, yaradıcı və motivasiyalı gənclər üçün nəzərdə tutulub.
Layihə müddəti: 01.09.2026 – 30.04.2027
Son müraciət tarixi: 13.07.2026



