Görəcəyiniz işlər:
- TƏBİB-ə aid olan sosial media hesablarının idarə olunması və inkişafı
- Kreativ, orijinal və yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
- Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək
- İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinə uyğun olaraq foto, video və mətn kontentlərinin hazırlanması
- Sosial şəbəkə səhifələri üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmas
- Rəsmi sosial şəbəkə səhifələrinə daxil olan müraciətlərin (şərh və mesajlar) qeydiyyata alınmasının və cavablandırılmasının təmin olunması
- Hədəf auditoriya seçmək və izləyici kütləsini artırmaq
- Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək
Bizim üçün uyğun namizəd:
- Ali təhsil
- Sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: ingilis dili – arzuolunan
- Kompüter bilikləri: MS Office proqramları, Adobe İllustrator, Adobe Photoshop, Canva – yaxşı
- Sosial media platformalarının idarə olunması (Facebook, Instagram, LinkedIn, YouTube, TikTok və s.) üzrə peşəkar bilik
- Kontent planlaşdırma, sosial media strategiyalarının hazırlanması və həyata keçirilməsi bacarığı
- Azərbaycan dilinin orfoepiya, orfoqrafiya və üslub normalarını mükəmməl bilmək
- Komandada işləmə bacarığı
- Vaxtın idarə olunması və planlama
- Problemlərin həlli və operativ qərarvermə
- Yüksək ünsiyyət və yazı bacarığı
- İctimaiyyət və media ilə işləmə mədəniyyəti
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
- İş vaxtı: 09:00 – 18:00
Müraciət qaydası
- CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir
- Mövzu sətrində “İctimaiyyətlə əlaqələr şöbəsi – Mütəxəssis” qeyd olunmalıdır
- Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.



