Pekində yerləşən, nüfuzlu və tam maliyyələşdirilən birillik magistr proqramıdır. Çin və beynəlxalq münasibətlər sahəsində gələcək liderlərin yetişdirilməsi məqsədi ilə təşkil olunan bu proqram, iştirakçılara Çin-in dünya siyasətindəki rolunu dərindən anlama imkanı yaradır.
Müraciət Təqvimi
- Müraciətlərin açılışı: 10 aprel 2025
- Son müraciət tarixi (qlobal namizədlər üçün): 10 sentyabr 2025, Bakı vaxtı ilə saat 23:00
- Seçim prosesi: oktyabr – noyabr 2025
- Proqramın başlanğıcı: avqust 2026
Qeyd: Çin pasportuna sahib namizədlər üçün son müraciət may 2025-dir.
Uyğunluq və Tələblər
- Vətəndaşlıq: Bütün ölkələrin vətəndaşları (Azərbaycan vətəndaşları da müraciət edə bilər)
- Təhsil: Bakalavr dərəcəsi 1 avqust 2026-dan əvvəl tamamlanmalıdır. İxtisas məhdudiyyəti yoxdur.
- Yaş həddi: 1 avqust 2026 tarixinədək 18–28 yaş arasında olmaq
- Dil tələbi:
- TOEFL iBT: minimum 100
- IELTS: minimum 7.0
- Cambridge English: minimum 185
Dil tələbi, əgər bakalavr və ya magistr proqramınızın ən azı 2 ili ingilis dilində aparılıbsa, tətbiq olunmur.
- Profil: Yüksək akademik göstəricilər, liderlik bacarıqları, qlobal dünyagörüşü və mədəniyyətlərarası əməkdaşlıq ruhu
Təqaüd Nələri Əhatə Edir
- Tam təhsil haqqı və qeydiyyat ödənişləri
- Yerləşmə və yemək xərcləri (Schwarzman College-də)
- Pekinə və geri təyyarə bileti
- Sığorta, dərsliklər və şəxsi xərclər üçün aylıq təqaüd
- Lenovo noutbuku və lazım olan dərsliklər
- Çin daxilində tədris səfərləri və liderlik proqramları
Tələb olunan sənədlər
- Onlayn ərizə forması
- CV (ən çox 2 səhifə)
- İki esse:
- Liderlik haqqında esse (təxminən 750 söz)
- Məqsəd bəyanatı (təxminən 500 söz)
- Akademik transkriptlər
- Üç tövsiyə məktubu
- 1 dəqiqəlik video təqdimat (istəyə bağlı, amma tövsiyə olunur)
- İngilis dili səviyyəsini göstərən sənəd (əgər tələb olunursa)
- Bəyanatlar və yekun təsdiq
Müsahibəyə dəvət olunan namizədlər üçün oktyabr-noyabr aylarında görüşlər keçiriləcək. Səfər, yemək və bir gecəlik otel xərcləri proqram tərəfindən qarşılanacaq.



