International Youth Dialogue Platform (IYDP) sizi 3 avqust – 3 sentyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək qısamüddətli Avropa Həmrəylik Korpusu (ESC) könüllülük layihəsinə müraciət etməyə dəvət edir.
- Layihə tarixləri: 03.08.2026 – 03.09.2026
- Müddət: 1 ay
- Məkan: Antalya, Türkiyə
- Qəbul edən təşkilat: Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin Antalya İl Ailə və Sosial Xidmətlər Müdirliyi (Antalya Aile ve Sosyal Hizmetler İl Müdürlüğü)
- Azərbaycandan göndərən təşkilat: “International Youth Dialogue Platform” İctimai Birliyi (IYDP)
- İştirakçı sayı: 3 nəfər (yalnız qadın namizədlər)
Layihənin məqsədi
Layihə çərçivəsində könüllülər qadın sığınacaqları, əlilliyi olan şəxslər üçün mərkəzlər, uşaq evləri və yaşlılara qayğı mərkəzləri kimi sosial müəssisələrdə həssas qruplara dəstək göstərəcəklər.
Könüllülərin əsas vəzifələri bunlardır:
- Emosional dəstək göstərmək;
- Benefisiarların hüquq və ehtiyaclarının müdafiəsinə töhfə vermək;
- Gündəlik fəaliyyətlərdə və qayğı prosesində kömək etmək;
- Mənzil, səhiyyə və digər sosial xidmətlərə çıxışda dəstək olmaq;
- Təhsil, bacarıqların inkişafı və sosiallaşma imkanlarını təşviq etmək;
- Müstəqilliyi, müxtəlifliyə hörməti və təhlükəsiz, dəstəkləyici mühitin formalaşdırılmasını təşviq etmək.
Empatiya, praktik yardım və hüquqların müdafiəsi vasitəsilə könüllülər çətin həyat şəraitində olan insanların daha müstəqil və keyfiyyətli həyat sürməsinə töhfə verəcəklər.
Könüllülər öz bacarıq və imkanlarına uyğun olaraq aşağıdakı müəssisələrdən birində fəaliyyət göstərəcəklər:
- Uşaq evi;
- Yaşlılara qayğı mərkəzi;
- Əlilliyi olan şəxslər üçün mərkəz;
- Qadın sığınacağı.
Yaşayış və maliyyə təminatı
- Tam təchiz olunmuş, paylaşılan mənzildə yerləşmə təmin edilir.
- Aylıq cib xərci: 180 avro.
- Aylıq qida xərci: 180 avro.
Səyahət xərcləri:
İştirakçılar ən münasib qiymətli nəqliyyat vasitəsini seçməlidirlər.
Səyahət xərcləri Avropa Həmrəylik Korpusu proqramının müəyyən etdiyi büdcə çərçivəsində geri ödəniləcək. Hər iştirakçı üçün maksimum 309 avro məbləğində səyahət qrantı ayrılır.
Ödəniş yalnız iştirakçılar bütün orijinal minik talonlarını (boarding pass), qəbzləri, fakturaları və biletləri həm elektron (skan olunmuş), həm də poçt vasitəsilə təşkilatçılara təqdim etdikdən sonra həyata keçiriləcək.
Namizədlər üçün tələblər:
- 18–30 yaş arasında olmaq;
- Məhkumluğun olmaması;
- Ən azı baza səviyyəsində ingilis dili biliyinə malik olmaq (yaxşı səviyyədə türk dili biliyi də qəbul edilir);
- Psixologiya, sosial xidmət və ya əlaqəli ixtisaslar üzrə tələbə və ya məzun olmaq.
Qəbul edən təşkilat haqqında:
Antalya İl Ailə və Sosial Xidmətlər Müdirliyi Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyinin Antalya üzrə regional qurumudur. Təşkilat ailələrin gücləndirilməsi, sosial rifahın artırılması və həssas qrupların ehtiyaclarının qarşılanması istiqamətində fəaliyyət göstərir.
Qurumun əsas məqsədi sosial risklərin qarşısını almaq, ehtiyacı olan fərd və ailələrə keyfiyyətli, ədalətli və operativ sosial xidmətlər göstərmək, ailə və cəmiyyət rifahını inkişaf etdirməkdir.
Müraciət üçün son tarix: 17 iyul 2026
Yerlər məhdud olduğundan müraciətinizi mümkün qədər tez göndərməyiniz tövsiyə olunur.
Layihə ilə bağlı suallarınız yaranarsa, esc@iydp.org elektron poçt ünvanına yaza bilərsiniz.



