Layihə haqqında qısa məlumat:
Bu uzunmüddətli layihə Avstriyada keçiriləcək və gənclərə beynəlxalq könüllülük təcrübəsi qazanmaq, komanda işində bacarıqlarını inkişaf etdirmək və fərqli mədəniyyətləri tanımaq imkanı verir. Layihə “Common Sense” Gənclər Təşkilatı (Azərbaycan) tərəfindən göndərilir və LOGO Jugendmanagement GmbH tərəfindən qəbul olunur.
Yer: Gratkorn, Avstriya
Layihə müddəti: 12 Yanvar – 31 Avqust 2026
Təşkilatlar
Göndərən təşkilat (Azərbaycan): “Common Sense” Gənclər Təşkilatı
Qəbul edən təşkilat: LOGO Jugendmanagement GmbH
Faydalar
- Beynəlxalq könüllülük təcrübəsi
- Komanda işində bacarıqların inkişafı
- Fərqli mədəniyyətləri tanımaq və yeni dostluqlar qurmaq
Tələblər və Müraciət
Yaş həddi: 18–30 yaş arası
Azərbaycan vətəndaşı olmaq
İngilis dili biliyi: Müraciət zamanı IELTS və ya digər sertifikatlar tələb olunmur, lakin ingilis dilində yazışma və ünsiyyət bacarığı vacibdir.
Müraciət üçün son tarix: 15 Noyabr 2025, 18:00



