spot_img
HomeElan və XəbərlərAkademik Süni İntellektdən Düzgün İstifadə Vebinarı
spot_img

Akademik Süni İntellektdən Düzgün İstifadə Vebinarı

AzTU rektoru Vilayət Vəliyev qlobal transformativ şirkət olan “Clarivate”in “Akademik süni intellektdən düzgün istifadə: Süni intellekt dəstəkli, tədqiqatyönümlü Clarivate tətbiqləri” mövzusunda keçiriləcək onlayn vebinarının “Ustadla görüş: Tədqiqatda keyfiyyətdə doğru” rubrikasının xüsusi qonağı olacaq.

Rubrika “Clarivate” şirkəti tarixində ilk dəfə “Clarivate”in müştəri məmnuniyyətləri üzrə məsləhətçisi Xəyalə Hacıyevanın təşəbbüsü ilə Azərbaycanda təşkil olunur.

Məqsəd Azərbaycanın elm, təhsil və tədqiqatının inkişafında önəmli rolu olan şəxsiyyətlərlə akademik heyəti bir araya gətirmək, təcrübə və məsləhətlərdən yararlanmaqdır.

Tarix: 30.04.2026
Saat: 12:00
Təqdimatçı: “Clarivate”in müştəri məmnuniyyətləri üzrə məsləhətçisi Xəyalə Hacıyeva

Vebinar beynəlxalq sertifikatlıdır.

Qeyd: İştirak üçün qeydiyyatdan keçmək vacibdir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar