AzTU rektoru Vilayət Vəliyev qlobal transformativ şirkət olan “Clarivate”in “Akademik süni intellektdən düzgün istifadə: Süni intellekt dəstəkli, tədqiqatyönümlü Clarivate tətbiqləri” mövzusunda keçiriləcək onlayn vebinarının “Ustadla görüş: Tədqiqatda keyfiyyətdə doğru” rubrikasının xüsusi qonağı olacaq.
Rubrika “Clarivate” şirkəti tarixində ilk dəfə “Clarivate”in müştəri məmnuniyyətləri üzrə məsləhətçisi Xəyalə Hacıyevanın təşəbbüsü ilə Azərbaycanda təşkil olunur.
Məqsəd Azərbaycanın elm, təhsil və tədqiqatının inkişafında önəmli rolu olan şəxsiyyətlərlə akademik heyəti bir araya gətirmək, təcrübə və məsləhətlərdən yararlanmaqdır.
Tarix: 30.04.2026
Saat: 12:00
Təqdimatçı: “Clarivate”in müştəri məmnuniyyətləri üzrə məsləhətçisi Xəyalə Hacıyeva
Vebinar beynəlxalq sertifikatlıdır.
Qeyd: İştirak üçün qeydiyyatdan keçmək vacibdir.



