spot_img
HomeElan və XəbərlərƏlaçı təqaüd proqramı yenidən başlayır!
spot_img

Əlaçı təqaüd proqramı yenidən başlayır!

“PAŞA Holding” ““Əlaçı” 2026-2027 təqaüd proqramını təqdim edir. “Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Belə ki, proqram 2026-2027-ci tədris illərini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur. Təqaüddən əlavə tələbələri şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir.

Müraciət kriteriyaları:

Müraciət zamanı bakalavr 3-cü və ya 4-cü kurs tələbəsi olmaq,

Yüksək imtahan nəticələrinə malik olmaq,

Dərsdənkənar fəaliyyətlərdə aktiv olmaq (Könüllülük, təcrübəçilik, sosial layihələr və s.)

Üstünlük verilən ixtisaslar:

İqtisadiyyat​

Kompüter elmləri

Beynəlxalq münasibətlər

Marketinq

Hüquqşünaslıq

Mühasibatlıq

Biznesin idarə edilməsi

Menecment

Beynəlxalq ticarət və logistika

Davamlı inkişafın idarə edilməsi

İnformasiya təhlükəsizliyi

İnformasiya texnologiyaları

Maliyyə

Sosial iş

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar