“PAŞA Holding” ““Əlaçı” 2026-2027 təqaüd proqramını təqdim edir. “Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Belə ki, proqram 2026-2027-ci tədris illərini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur. Təqaüddən əlavə tələbələri şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir.
Müraciət kriteriyaları:
Müraciət zamanı bakalavr 3-cü və ya 4-cü kurs tələbəsi olmaq,
Yüksək imtahan nəticələrinə malik olmaq,
Dərsdənkənar fəaliyyətlərdə aktiv olmaq (Könüllülük, təcrübəçilik, sosial layihələr və s.)
Üstünlük verilən ixtisaslar:
İqtisadiyyat
Kompüter elmləri
Beynəlxalq münasibətlər
Marketinq
Hüquqşünaslıq
Mühasibatlıq
Biznesin idarə edilməsi
Menecment
Beynəlxalq ticarət və logistika
Davamlı inkişafın idarə edilməsi
İnformasiya təhlükəsizliyi
İnformasiya texnologiyaları
Maliyyə
Sosial iş



