ADA Universiteti 11-ci sinif məzunlarını və valideynləri Açıq Qapı günlərinə dəvət edir.
Tədbir 5, 6 və 7 avqust tarixlərində, saat 15:00-da baş tutacaq.
Görüş zamanı universitet nümayəndələri ilə görüşərək qəbul qaydaları, ixtisas proqramları, təqaüd imkanları və müraciət prosesi haqqında ətraflı məlumat ala bilərsiniz.
İxtisas qrupunuza uyğun günü seçin və qeydiyyatdan keçməyə tələsin.



