Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində ”AI4DOST Sosial Mükafatı 2026” müsabiqəsi elan olunur.
Müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələrin və innovativ həllərin, sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.
Müsabiqədə iştirak üçün müraciətlər 15 iyul – 1 sentyabr tarixləri arasında qəbul olunacaq.



