spot_img
HomeElan və XəbərlərAlmaniyada təhsil və təqaüd imkanları: Mingəçevir Dövlət Universitetində infosessiya keçiriləcək
spot_img

Almaniyada təhsil və təqaüd imkanları: Mingəçevir Dövlət Universitetində infosessiya keçiriləcək

Mingəçevir Dövlət Universitetində Alman Akademik Mübadilə Xidməti – DAAD tərəfindən “Study and Scholarship Opportunities in Germany” mövzusunda infosessiya keçiriləcək.

İnfosessiyada DAAD-nin AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Claudio Kasperl çıxış edərək Almaniyada ali təhsil sistemi, müraciət prosedurları və beynəlxalq tələbələr üçün mövcud akademik imkanlar haqqında ətraflı məlumat verəcək. Eyni zamanda, DAAD-ın fəaliyyəti, təqaüdlü yay kursları və magistratura səviyyəsi üzrə təqaüd proqramları, seçim meyarları və maliyyələşmə imkanları barədə təqdimat ediləcək.

Məkan: MDU-nun əsas tədris binası, böyük akt zalı
Tarix: 6 may 2026
Saat: 12:00
Dil: İngilis dili

İnfosessiya Almaniyada təhsil almaq və beynəlxalq akademik imkanlardan yararlanmaq istəyən bakalavr və magistr tələbələri, eləcə də gənc tədqiqatçılar üçün nəzərdə tutulub .

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar