Aqrar İnkişaf Könüllüləri Təşkilatı – Kənd təsərrüfatının əhəmiyyətini və gənclərin bu sahədə rolu artırmağı hədəfləyən bir gənclər hərəkatıdır.
Könüllülük boyunca bir çox layihələr, təlimlər, təbiət və inkişaf dolu bir təcrübə sizi gözləyir!
Kimlər müraciət edə bilər?
– 16-26 yaş arası gənclər
– Aqrar sahəyə marağı olanlar
– İnkişafa töhfə vermək istəyənlər
– Komandada işləməyi sevənlər
– Aktiv, yaradıcı və təşəbbüskar gənclər
Könüllülük fəaliyyəti iki növbəli şəkildə təşkil olunur və iştirakçılar özlərinə uyğun növbəni seçə bilirlər:
• 1-ci növbə: 09:00 – 13:00
• 2-ci növbə: 14:00 – 18:00
Sonda proqramı uğurla başa vurmuş gənclər sertifikatla təltif olunacaqlar.



