Qadın tələbələr üçün xüsusi təqaüd imkanı
Helmut Veith Stipendiya Proqramı Avropada magistr təhsili almaq istəyən istedadlı qadın tələbələr üçün nəzərdə tutulub. Təqaüdə layiq görülən tələbələr Avstriyanın nüfuzlu texniki universitetlərindən biri olan TU Wien-də təhsil alacaqlar. Təqaüd proqramı illik 7000 avro maliyyə dəstəyi və bütün təhsil haqqının ödənilməsini təmin edir.
Ölkə: Avstriya
Universitet: TU Wien (Vyana Texniki Universiteti)
Şəhər: Vyana
Proqramın müddəti: 2 il
Son müraciət tarixi: 30 noyabr 2025
Təqaüd proqramının üstünlükləri
- Bütün təhsil haqları ödəniləcək
- İllik 7000 avro maliyyə dəstəyi (maksimum 2 il üçün)
- Yüksək texnologiyalı tədqiqat mühitində işləmək imkanı
- Avropada beynəlxalq təhsil və mübadilə proqramlarında iştirak şansı
- Qlobal tələbə və tədqiqatçılarla şəbəkə qurmaq imkanı
- Elmi tədqiqatlar və layihələrdə iştirak etməklə peşəkar bacarıqların inkişafı
Magistr proqramları üzrə mövcud ixtisaslar
- Logic and Computation
- Business Informatics
- Computer Engineering
- Data Science
- Media and Human-Centered Computing
- Software Engineering and Internet Computing
Müraciət üçün tələblər
- Yalnız qadın namizədlər müraciət edə bilər
- Kompüter elmləri, riyaziyyat və ya uyğun sahədə bakalavr dərəcəsinə malik olmaq
- TU Wien-də magistr proqramına qəbul üçün uyğun olmaq
- İngilis dili biliyinə malik olmaq (TOEFL və ya bənzəri sertifikat tələb olunur)
- Helmut Veith-in elmi-tədqiqat sahələrinə maraq göstərmək
- Yaxşı texniki və riyazi biliklərə sahib olmaq
- Təhsili dövründə Avstriyada yaşamaq
- Hər semestr ən azı 25 ECTS kredit toplamaq və ümumi ortalama göstəricisi maksimum 1.5 bal olmaq
Tələb olunan sənədlər
- Müraciət məktubu (Cover Letter)
- Tərcümeyi-hal (CV)
- Motivasiya məktubu
- Akademik transkriptlər
- Diplom və ya müvəqqəti bitirmə sənədi
- İki tövsiyə məktubu
- İngilis dili biliyini təsdiqləyən sənəd (TOEFL və ya bənzəri)
- Pasportun surəti
- Avstriyada yaşamaq icazəsi (Residence Permit)
Müraciət qaydası
- TU Wien-in rəsmi iş portalı vasitəsilə müraciət edin
- Elektron poçt ünvanınızla qeydiyyatdan keçin və hesab yaradın
- Şəxsi və əlaqə məlumatlarınızı daxil edin
- Yuxarıda sadalanan sənədləri sistemə yükləyin
- Məlumatları nəzərdən keçirib “save” düyməsi ilə müraciətinizi tamamlayın



