Azersun Holdingdə Sumqayıt və Xırdalan şəhərlərində yerləşən istehsalat müəssisələrimiz üçün “Avtomatika üzrə mütəxəssis” vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Tələblər:
· Təhsil: Ali (Avtomatika sahəsi üzrə)
· Dil bilikləri: Azərbaycan – əla; Rus dili və İngilis dili-arzu olunandır;
· Microsoft Office (MS Excel,Word Power Point ) – Yaxşı;
· Məntiqi və analitik düşünmə tərzi olmalı;
· Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlü olmaq;
· Komandada işləmə bacarığı;
· PLC,DCS,SCADA sistemləri haqqında biliklər.
Vəzifə öhdəlikləri:
· Sərbəst şəkildə elektrik və avtomatikaya aid sxemlərin oxunmasını bilməli;
· Elektronika və elektronik təmirlərlə bağlı bilgili olmalı;
· Sistemlərin idarəetmə dövrələrində yaranmış problemləri araşdıraraq aradan qaldırması;
· Ölçü cihazlarında yaranmış problemləri araşdıraraq aradan qaldırılması;
· Avtomatika sahəsinə aid cihaz və avadanlıqlara periodik olaraq texniki baxış keçirməli və müvafiq qeydiyyatlar aparmalı;
· Pnevmatik sistemlərin idarəetmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri araşdıraraq aradan qaldirmalı;
· İdarəetmə sistemlərdə çixan və çixa biləcək uyğunsuzluqlarda düzəldici və önləyici fəaliyyətlər həyata keçirməyi bilməli;
· Sistemdə baş verən xətaların və qəza mesajlarının təhlil edilməsi və həlli yönündə qərar verilməsi;
· Avtomatika sahəsinə aid SAP iş əmirlərinin açılmasını və qapadılmasını həyata keçirməli;
· Adminstrator səviyyəsi istisna olmaqla, orta səviyyəli proqram təminatına müdaxilə edilməsi;
· SCADA, DCS, PLC sistemlərinə təmas edilməsi və onların alqoritmik quruluşunun təhlil edilməsi;
· İstehsalatın davamiyyətini təmin etməli və alternativ variantları təklif etməyi bacarmalı.
İş Qrafiki:
· Növbəli iş rejimi;
İş yeri: Xırdalan və Sumqayıt şəhərləri
Nahar şirkət tərəfindən təmin olunur
Nəqliyyat dəstəyi mövcuddur
CV göndərmək üçün: cv@azersun.com
Mövzu hissəsində: “Avtomatika üzrə mütəxəssis”



