100% Təqaüd səni çağırır!
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və PAŞA Holdingin sponsorluğu ilə, Holberton School Azərbaycan sənə beynəlxalq səviyyəli texnologiya təhsili almaq imkanı təqdim edir. Təcrübəyə əsaslanan praktiki tədris modeli və layihə əsaslı öyrənmə metodu ilə sən həm real bacarıqlar qazanacaq, həm də qlobal sertifikat əldə edərək dünyanın istənilən yerində karyera qurmaq şansı əldə edəcəksən!
Bu təqaüd proqramı aşağıdakı sahələr üzrə səni çağırır:
- Computer Science (Web Development)
- Machine Learning
- Full Stack Web Development
- Cybersecurity
Holberton School dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və Amerikan IT məktəbində formalaşdırılmış metodologiyaya əsaslanan beynəlxalq təhsil şəbəkəsinin bir hissəsidir. Bu isə o deməkdir ki, sən qlobal bazarda tanınan bilik və bacarıqlara sahib olacaqsan.
Texnologiyanın gələcəyində öz yerini tutmaq, beynəlxalq imkanlardan yararlanmaq və dünya miqyasında rəqabət aparmaq istəyirsənsə, indi müraciət et!
Son qeydiyyat tarixi: 29 oktyabr



