İctimai Televiziyada yayımlanan “Əlaçı” intellektual televiziya layihəsinin yeni mövsümü üçün seçim turuna qeydiyyat elan edilir.
Layihənin yeni mövsümündə yalnız ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Müvafiq sinifdə təhsil alan şagirdlər qeydiyyatdan keçməklə seçim turunda iştirak hüququ əldə edirlər.
Seçim turu 25 aprel 2026-cı il tarixində Bakı şəhəri ilə yanaşı, 11 regionu əhatə etməklə ümumilikdə 12 şəhərdə eyni vaxtda təşkil olunacaq.



