Tələbə və məzunlar üçün fürsət!
“OpenScience Media Lab” və “Science and Education Media”nın birgə əməkdaşlığı çərçivəsində “Elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə peşəkar inkişaf proqramı”na qeydiyyat açıq elan olunur!
Bu inkişaf proqramı jurnalistika, ictimaiyyətlə əlaqələr (PR), mətbuat xidməti, media ilə əlaqələr və kommunikasiya sahələrinin elm və təhsil istiqamətləri ilə inteqrasiyasına əsaslanır və ölkədə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsini hədəfləyir.
Məqsədimiz cəmiyyətin inkişafının təməli olan təhsil sahəsi üzrə gələcək kommunikasiya mütəxəssislərini hazırlamaqdır.
İnkişaf proqramı iyun ayından başlayaraq ilin sonunadək davam edəcək. Proqram çərçivəsində davamlı nəzəri və praktiki təlimlər, seminarlar, ustad görüşləri, təcrübə və tanışlıq səfərləri təşkil olunacaq.
İştirak tam ödənişsizdir!
Qeydiyyat üçün son tarix: 31 may



