Gənclər və İdman Nazirliyinin dəstəyi , “Enterprise Azərbaycan” portalı, “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” və “Azmaş Lizinq” MMC-nin tərəfdaşlığı, Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə “Farm2 Tour” layihəsinə qeydiyyat açıq elan olunur.
“Farm2Tour” aqroturizm sahəsində mövcud problemlərə süni intellekt əsaslı rəqəmsal həllərin hazırlanmasına yönəlmiş innovativ hackathondur.
Layihə çərçivəsində iştirakçılar təlimlərdə iştirak edəcək, daha sonra isə komandalar şəklində mentor dəstəyi ilə 36 saatlıq hackathonda iştirak edərək aqroturizm üzrə əsas problemlərə innovativ həllər hazırlayacaqlar.
Seçilən ən uğurlu ideyalar inkubasiya mərhələsinə yönləndiriləcək. Həmçinin, startap potensialı olan layihələr “Enterprise Azerbaijan” tərəfindən “Startap School 4” proqramına cəlb edilərək onların beynəlxalq ekosistemə çıxışı dəstəklənəcək.



