spot_img
HomeElan və Xəbərlər“Gənclər Paytaxtı” fotomüsabiqəsinə start verilib
spot_img

“Gənclər Paytaxtı” fotomüsabiqəsinə start verilib

“Goranboy 2026 – Gənclər Paytaxtı” layihəsi çərçivəsində həvəskar fotoqraf gənclər üçün “Gənclər Paytaxtı” adlı fotomüsabiqəyə qeydiyyat başlayıb.

Rayonun gözəlliklərini tanıtmaq, istedadını nümayiş etdirmək, sertifikat və qiymətli hədiyyələr qazanmaq istəyirsənsə, bu müsabiqəyə qoşul!

Müraciət qaydası: Çəkdiyiniz fotonu goranboyge@mys.az e-poçt ünvanına ad, soyad və əlaqə nömrənizlə birlikdə göndərin.

Müsabiqə şərtləri:
• Yalnız öz mobil telefonunuz və ya fotoaparatla çəkdiyiniz foto qəbul olunur.
• Foto Goranboy rayonunun müxtəlif məkanlarını və gündəlik həyatını əks etdirməlidir.
• İnternetdən götürülmüş fotolardan istifadə qadağandır.
• Hər iştirakçı yalnız 1 foto təqdim edə bilər.
• İştirakçılar və onları dəstəkləyən şəxslər sosial şəbəkə hesablarını izləməlidirlər.
• Yalnız 14–29 yaş arası gənclər iştirak edə bilər.

Qiymətləndirmə qaydası:
• Müsabiqə 7 gün davam edəcək.
• Qaydalara uyğun fotolar Instagram və Facebook səhifəsində paylaşılaraq səsverməyə çıxarılacaq.
• Ən çox reaksiya toplayan foto qalib elan olunacaq.

Son müraciət tarixi: 12 avqust 2026, saat 18:00

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar