spot_img
HomeKaryeraİcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur!
spot_img

İcma əsaslı məktəbəqədər təhsil qrupları üçün müəllim (tərbiyəçi) vakansiyası elan olunur!

Uşaqların erkən inkişafına töhfə vermək, öz icmanızda fəaliyyət göstərmək və gələcək nəsillərin təhsilinə dəstək olmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!

2026–2027-ci tədris ili üçün müəllim (tərbiyəçi) seçiminə başlanılır.

Bu ildən etibarən müraciətlər yalnız elektron platforma üzərindən qəbul ediləcək.

Müraciət etmək üçün:

İşə qəbul portalına daxil olun;

Özünüzə şəxsi kabinet yaradın;

Məlumatlarınızı sistemə daxil edin;

Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.

Şəxsi kabinetin yaradılması və müraciət qaydası ilə bağlı təlimat videosu hazırlanıb. Müraciət etməzdən əvvəl videonu izləməyiniz tövsiyə olunur.

Seçim zamanı aşağıdakı namizədlərə üstünlük veriləcək:

Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlara;

Məktəbəqədər yaşlı uşaqlarla işləmək təcrübəsinə malik olanlara;

Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayan namizədlərə;

Ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı yüksək olanlara;

Xahiş edirik, müraciət zamanı bütün məlumatlarınızı düzgün və tam şəkildə daxil edin. Yanlış və ya natamam məlumatlar müraciətinizin etibarsız hesab edilməsinə səbəb ola bilər.

İşə qəbul portalının linki: https://vakansiya.ilk5il.az

Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs

Son tarix: 16.07.2026

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar