İş yeri: Təhsil Texnologiyaları Mərkəzi
Vəzifə öhdəlikləri
• İnsan Resursları şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü həyata keçirmək, əməkdaşların fəaliyyətini koordinasiya və nəzarət etmək;
• Əmək münasibətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsini və müvafiq HR prosedurlarının düzgün icrasını təmin etmək;
• İşə qəbul və seçim proseslərinin effektiv təşkilini, şəffaf və sistemli namizəd seçimi mexanizmlərinin tətbiqini təmin etmək;
• Vəzifə profillərinin, funksional öhdəliklərin, kompetensiya modellərinin və işə qəbul meyarlarının hazırlanmasını təşkil etmək;
• Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və performance management sistemlərinin hazırlanması və tətbiqinə rəhbərlik etmək;
• Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, illik təlim və inkişaf planlarının hazırlanmasını və icrasını koordinasiya etmək;
• Əməkdaşların motivasiyası, karyera inkişafı və kadr potensialının formalaşdırılması üzrə sistemlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
• Kadr ehtiyatının (talent pool) formalaşdırılmasını və inkişaf etdirilməsini təşkil etmək;
• HR siyasət və prosedurlarının hazırlanmasını, tətbiqini və mütəmadi yenilənməsini təmin etmək;
• Kadr uçotunun və HR məlumatlarının düzgün, sistemli və aktual aparılmasına nəzarət etmək;
• HR məlumatları əsasında analitik hesabatların, əsas göstəricilərin (HR KPI) və idarəetmə üçün analitik məlumatların hazırlanmasını təşkil etmək;
• İnsan resurslarının idarə edilməsində müasir metodologiyaların və rəqəmsal HR həllərinin tətbiqi üzrə təkliflər hazırlamaq;
• HR proseslərinin səmərəliliyinin artırılması, avtomatlaşdırılması və rəqəmsallaşdırılması imkanlarını qiymətləndirmək;
• Rəhbərliyi insan resursları, təşkilati inkişaf, kadr potensialı və əmək münasibətləri ilə bağlı məsələlər üzrə mütəmadi məlumatlandırmaq, təklif və tövsiyələr təqdim etmək.
Tələblər
• İnsan resurslarının idarə edilməsi, idarəetmə, hüquq, iqtisadiyyat, dövlət idarəçiliyi və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
• İnsan resursları sahəsində ən azı 5 il iş təcrübəsi;
• Rəhbər vəzifədə ən azı 2 il idarəetmə təcrübəsi;
• Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əmək münasibətlərini tənzimləyən normativ-hüquqi baza üzrə yaxşı bilik;
• HR strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
• İşə qəbul və seçim, performans idarəetməsi, təlim və inkişaf, motivasiya, karyera və istedadların idarə edilməsi sahələrində bilik və praktiki təcrübə;
• HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi üzrə təcrübə;
• Güclü liderlik və komanda idarəetmə bacarığı;
• Analitik düşünmə, problem həll etmə və əsaslandırılmış qərarvermə qabiliyyəti;
• Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
• Nəticəyönümlü və sistemli iş yanaşması;
• MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint proqramlarından yaxşı istifadə bacarığı;
• Azərbaycan dilində səlis şifahi və yazılı nitq bacarığı.
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
Müraciət üçün: insanresurslari@arti.edu.az



