Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən “İrs Dostu” könüllü proqramına yeni iştirakçıların qəbulu davam edir!
Proqramın məqsədi: • Gənclərin mədəni irsin qorunması və təbliğində fəal iştirakını təşviq etmək
- Bu sahədə bilik və bacarıqların inkişafına dəstək olmaq
- Mədəni irsə ictimai marağın artırılmasına töhfə vermək
- Bakı və regionlarda yerləşən muzey, qoruq və digər mədəni irs müəssisələrində könüllülük imkanları yaratmaq
Müraciət üçün:
CV və motivasiya məktubunuzu volunteer@heritage.gov.az elektron poçt ünvanına göndərin.
Mədəni irsimizin qorunmasına töhfə vermək, yeni təcrübə qazanmaq və bu sahədə özünü inkişaf etdirmək istəyirsənsə, bu fürsəti qaçırma!



