Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qəbulun ilkin mərhələsinin nəticələri elan olunub.
5096 nəfərin iştirak etdiyi qeydiyyat prosesində müsabiqə şərtlərinə cavab verən 3721 namizəd test imtahanında iştirak şansı qazanıb.
İmtahan 25 aprel saat 10:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda həyata keçiriləcək.
Teams hesabına giriş üçün namizədlərə istifadəçi adı və şifrələr sms vasitəsilə göndəriləcəkdir.
Test imtahanında namizədlərə məntiq, dünyagörüşü, informasiya texnologiyaları, davranış səriştələrinin yoxlanılması üçün situasiya tipli mövzuları əhatə edən 60 sual təqdim olunacaq. İlkin mərhələdə seçdiyi sahəyə əsasən keçid balını toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.



