spot_img
HomeElan və XəbərlərKARYERA SƏRGİSİ – 2026 | XƏZƏR UNİVERSİTETİ
spot_img

KARYERA SƏRGİSİ – 2026 | XƏZƏR UNİVERSİTETİ

Gələcəyinə investisiya etməyə hazır ol!

Tarix: 13 May 2026
Məkan: Xəzər Universiteti, Neftçilər korpusu, Mərmər salon
Saat: 11:00
“İlk işim harada olacaq?”, “Sevdiyim sahədə necə inkişaf edə bilərəm?” və ya “Şəbəkəmi necə genişləndirə bilərəm?” suallarına cavab tapmaq istəyirsənsə – bu sərgi sənin üçündür!

Xəzər Universiteti Karyera və Məzunlar Mərkəzinin təşkil etdiyi Karyera Sərgisi, tələbə və məzunları ölkənin və regionun ən tanınmış işəgötürənləri ilə bir araya gətirəcək.


Sərgidə kimlər olacaq?
Aparıcı şirkətlər
Banklar və maliyyə qurumları
Prestijli hotellər və turizm şirkətləri
Tanınmış təhsil kompleksləri, tədris və tərcümə mərkəzləri
Psixoloji xidmət və inkişaf mərkəzləri
Dizayn və arxitektura sahəsində fəaliyyət göstərən kreativ studiyalar və layihə büroları

Səni nələr gözləyir?
İş və təcrübə proqramlarına müraciət imkanı
HR nümayəndələri ilə birbaşa əlaqə və şəbəkələşmə
İlkin müsahibə fürsətləri
CV-ni təqdim etmək və rəylər almaq
Gələcək peşəkar addımlar üçün motivasiya və ilham

İstədiyin sahəyə bir addım daha yaxınlaşmaq üçün bu fürsəti qaçırma!
Sərgiyə CV ilə gəl, özünü tanıtmağa və gələcəyini qurmağa hazır ol!

Tədbirə giriş sərbəstdir.
Əlaqə üçün: +994 51 280 37 41
Email: careercenter@khazar.org

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar