spot_img
HomeElan və Xəbərlər"Könüllü TƏBİB" layihəsində iştirak etmək istəyənlərin nəzərinə
spot_img

“Könüllü TƏBİB” layihəsində iştirak etmək istəyənlərin nəzərinə

TƏBİB-in tabeliyində olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsi davam etdirilir.

Proqramın məqsədi layihədə iştirak edən könüllülərin:
· Vətəndaşlara xidmət sahəsində təcrübə qazanması;
· Vətəndaşlarla effektiv ünsiyyət və davranış vərdişlərinin yaranması;
· Korporativ iş mühitində praktiki bilik və bacarıqlarının artırılması;
· Fərdi və peşəkar inkişafına, həmçinin karyera istiqamətlərinin formalaşmasına dəstək göstərilməsi.

Könüllülərin vəzifələri:
· Təhkim olunduğu şöbənin fəaliyyətinə əsasən vətəndaşlara dəstək göstərmək;
· Vətəndaş məmnunluğunun qiymətləndirilməsi məqsədilə sorğular həyata keçirmək.

Namizədlərə dair tələblər:
· 16–29 yaş arası şəxslər;
· Ünsiyyət və komanda ilə işləmə bacarıqlarına malik olmaq;
· Məsuliyyətli və intizamlı olmaq.

Proqram çərçivəsində:
· Könüllülər fəaliyyətə başlamazdan əvvəl müvafiq təlimlərə cəlb olunacaqlar;
· Fəaliyyət müddətində koordinator və tibb müəssisəsi tərəfindən təyin olunmuş məsul şəxs tərəfindən fəaliyyətləri əlaqələndiriləcəkdir.

Proqramın müddəti: 2 (iki) ay

Proqramın sonunda:
· Könüllülərə sertifikat və tövsiyə məktubları təqdim olunacaqdır.

Son müraciət tarixi: 06.08.2026

Ödənişsiz könüllü layihəsinə müraciət etmək üçün:

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar