Uşaqlar üçün Beynəlxalq Rəsm Müsabiqəsi
Mangrov meşələri — həm heyvanların, həm də insanların birgə yaşadığı nadir və zəngin ekosistemlərdən biridir. Onlar sahil bölgələrini qorumaqla yanaşı, biomüxtəlifliyin davamlılığı üçün də həyati əhəmiyyət daşıyır. Bu beynəlxalq rəsm müsabiqəsi uşaqları həm yaradıcılığa təşviq edir, həm də onlara ətraf mühitin qorunmasının vacibliyini aşılamağı məqsəd qoyur.
Mövzu:
İştirakçılar aşağıdakı alt mövzulardan birini əks etdirən rəsmlər təqdim etməlidirlər:
- Mangrov meşələrində yaşayan heyvanlar
- Bu meşələrdə yaşayan yerli insanlar və icmalar
- Mangrovlara qarşı mövcud təhlükələr və onların həlli yolları
Bu mövzular vasitəsilə uşaqlar təbiətə baxış bucaqlarını, ekoloji problemlərə dair düşüncələrini və yaradıcı yanaşmalarını rəsmlərlə ifadə edə bilərlər.
Kimlər iştirak edə bilər?
Müsabiqə 7-16 yaş arası bütün uşaqlar üçün açıqdır. İştirakçılar dünyanın istənilən ölkəsindən müraciət edə bilər. Əsərlər fərdi şəkildə təqdim olunmalıdır və orijinal olmalıdır.
Mükafatlar:
- Müsabiqənin qalibləri üçün xüsusi hazırlanmış illik təqvim və rəsmi sertifikat təqdim olunacaq.
- Seçilmiş ən yaxşı rəsmlər MAP təşkilatının sanal qalereyasında (MAP Virtual Gallery) sərgilənəcək.
- Müsabiqədə iştirak edən bütün uşaqlara rəqəmsal (digital) iştirak sertifikatı veriləcək.
Bu layihə uşaqların həm ekoloji məsələlərə diqqətini artırır, həm də onların incəsənət vasitəsilə sosial və ekoloji mövzularda öz fikirlərini ifadə etmələrinə şərait yaradır. Mangrov meşələrinin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə və yerli icmaların hüquqlarının müdafiəsi kimi məsələlər bu müsabiqənin əsas dəyərləridir.
Əlavə məlumat və müraciət üçün rəsmi səhifəni ziyarət edə bilərsiniz.



