“Bir Könüllü” Tələbə Təşkilatının və “Pathtomath” Tələbə Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə 4–9 fevral 2026-cı il tarixlərində Quba rayonunda tələbələrin qış düşərgəsi – MathCamp 2026 təşkil ediləcək!
Düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, tələbələri riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq və yaz tətili dövründə tələbələrin riyazi biliklərini gücləndirməkdir! 🧮
Düşərgədə kimlər iştirak edə bilər?
Riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri;
Magistratura və doktorantura səviyyəsi üzrə təhsil alan tələbələr;
Son tarix: 16 Yanvar 2026



