Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
– Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
– Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
– Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
– Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
– Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
– Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
– Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
– Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
– Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
– Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
– Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
– Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
– Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
– Obyektlərdə (Sahədə) ölçü işlərinin aparılması;
– Smetaların bazar qiymətləri ilə hesablanması;
– Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
– Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
– Eskizə və ya Layihəyə əsasən iş həcimlərinin çıxarılması, BOQ-un tərtibi və qiymətləndirilməsi.
– Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Namizədə tələblər:
· Mühəndis (İnşaat mühəndisi arzu olunandır) ixtisası üzrə ali təhsil;
· Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan nasazlıqlar cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını bilmək;
· İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək.
· Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
· Azərbaycan dili (əla), ingilis və rus dilləri arzu olunandır
· MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD,
· Analitik düşüncə tərzi,
· Dəqiqlik, operativlik.
İş yeri:
Nardaran qəsəbəsi, Sea Breeze Resort & Residences.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı:
I-V günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:
e-mail: recruitment@seabreeze.az



