“Rəqəmsallaşma, Süni İntellekt və Kibertəhlükəsizlik” təlimləri start götürür.
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Rəqəmsallaşma, Süni İntellekt və Kibertəhlükəsizlik” təlimləri həyata keçiriləcək.
Təlim proqramı çərçivəsində siz:
Rəqəmsallaşmanın əsasları və müasir trendlər haqqında məlumat əldə edəcək;
Süni intellekt alətlərini öyrənəcək və onların praktik tətbiqini mənimsəyəcək;
Kibertəhlükəsizlik qaydaları və fərdi məlumatların qorunması yolları ilə tanış olacaq;
Real keyslər və praktiki tapşırıqlar üzərində işləyəcək;
Sahə üzrə mütəxəssislərlə interaktiv sessiyalarda iştirak edəcəksiniz.
Kimlər müraciət edə bilər?
16-29 yaş arası gənclər
Texnologiya və innovasiyalara marağı olanlar
Rəqəmsal bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər
Son müraciət tarixi: 10 iyul 2026



