Tarix: 20–26 iyul 2026
Məkan: Şəki Olimpiya İdman Kompleksi
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan forum Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Forum çərçivəsində:
• Şəhərsalma və memarlıq mövzularında debatlar;
• Dayanıqlı inkişaf və urbanizasiya üzrə müzakirələr;
• Analitik düşünmə və arqumentasiya bacarıqlarının inkişafı;
• Azərbaycanın müxtəlif regionlarından gənclərlə tanışlıq və şəbəkələşmə.
Forumun məqsədi:
• Natiqlik mədəniyyətini inkişaf etdirmək;
• Gənclərin ictimai fəallığını artırmaq;
• Dövlət gənclər siyasətində iştirakını təşviq etmək;
• Şəhərsalma və memarlıq sahəsində maarifləndirməyə töhfə vermək.



